Hüquq müdafiəçiləri 27 siyasi məhbusun əfv siyahısına salınmasını istəyib

Azərbaycan Hüquq-Müdafiə Təşkilatlarının Monitorinq Qrupu (AHMTMQ) 27 siyasi məhbusun adı olan siyahını Əfv Komissiyasına təqdim edib. Bu barədə Novella Cəfəroğlu açıqlamasında bildirib.
Hüquq müdafiəçiləri həbsdə olan Bəxtiyar Hacıyev və Əvəz Zeynallının da əfvə düşməsini istəyiblər.
Fevralda komissiyaya yeni şəxslərin adlarının daxil edildiyi yenilənmiş siyahı təqdim ediləcək. Əlavə olaraq, hüquq müdafiəçiləri 20 ildən çoxdur həbsdə olan, "müəyyən hal və şərtlərlə" əlaqədar ağır cinayətlərə görə mühakimə edilmiş şəxslərin də adlarını əfv siyahısına əlavə ediblər.
Yanvarın 25-də Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bildirib ki, 2023-cü ilin əfv sərəncamı Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı olacaq.
O bildirib ki, əfv komissiyası hazırda 360-dan çox sənədə baxıb.
Milli Məclisin yaz sessiyasında cari il üçün "Əfv institutu-Amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri” mövzusunda vətəndaş cəmiyyəti və ekspertlərlə birgə ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub.
Azərbaycanda sonuncu əfv sərəncamı 2022-ci ilin mayın 27-də imzalayıb. Həmin sərəncamla 213 nəfər əfv siyahısına salınıb. Onların arasında hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan 20 şəxsin adı olub.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib