Səfirliyin əməkdaşı belə öldürülüb - Binanın içindən görüntülər/ VIDEO

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı səfirlik əməkdaşının öldürülmə anının görüntüləri yayılıb. Bu barədə iran mediasında məlumat verilib..
Hadisəni törədən şəxsin İran vətəndaşı, təxminən 50 yaşlı Yasin Hüseynzadə olduğu müəyyən edilib.
27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Rəsmi məlumatda qeyd olunub ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Hazırda xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib