Dövlət Agentliyinə yeni mətbuat katibi təyin olunub

Aynur Nurəddin qızı Kərimova İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Mətbuatla iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Aynur Kərimova Bakı Dövlət Universitetində (BDU) jurnalistika ixtisası üzrə bakalavr və magistr təhsili alıb. O, müxtəlif illərdə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının müdiri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sosial-analitik araşdırmalar departamentinin rəhbəri, "Barama Media”nın icraçı direktoru kimi fəaliyyət göstərib.
2009-cu ildən Filologiya üzrə fəlsəfə doktorudur. "Texnopolis”, "Sima” sənədli media layihələrinin müəllifidir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib