• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev şirkət rəhbərini qəbul etdi

İlham Əliyev şirkət rəhbərini qəbul etdi
27.01.2023 11:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də dünyanın aparıcı maliyyə şirkətlərindən biri olan "Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətti qəbul edib.
 
Azərbaycanın əldə etdiyi nailiyyətlərin böyük maraq doğurduğunu vurğulayan Brüs Flətt Bakıda gördükləri inkişaf proseslərinin dərin təəssürat hissi yaratdığını dedi. Qonaq "Brookfield Asset Management” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının genişləndiyini vurğuladı və bildirdi ki, rəhbərlik etdiyi şirkət peşəkar səviyyədə fəaliyyət göstərən ARDNF ilə əlaqələrindən qürur duyur. O, həmçinin Azərbaycanın əldə etdiyi uğurların ölkəmizin böyük nailiyyəti olduğunu vurğulayaraq təbriklərini çatdırdı.
 
Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun dünyanın aparıcı maliyyə institutlarından biri olan "Brookfield Asset Management” şirkəti ilə uğurlu əməkdaşlığından məmnunluğunu bildirərək əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu dedi. Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətinin daim genişləndiyini vurğulayan dövlətimizin başçısı Fondun aktivlərinin hətta ən çətin dövrlərdə, o cümlədən pandemiya, maliyyə böhranları və neftin qiymətinin düşdüyü bir zamanda da artdığını qeyd etdi.
 
Görüşdə, həmçinin Azərbaycanın yaşıl enerji potensialı və ölkəmizin regionda enerji habına çevrilməsi imkanları barədə fikir mübadiləsi aparıldı.
 
Dünyanın ən böyük investisiya şirkətlərindən biri olan və əsas ofisi Kanadada yerləşən "Brookfield Asset Management” 1899-cu ildə təsis olunub və idarə etdiyi vəsaitlərin toplam dəyəri 750 milyard ABŞ dolları təşkil edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol