Azərbaycan Silahlı Qüvvələrində yenilik

Azərbaycan Silahlı Qüvvələrində kriptolu telefonların istifadəsinə başlanılıb.APA-nın məlumatına görə, yeni telefonlar Müdafiə Nazirliyinin rəhbərliyinin istifadəsinə bu yaxınlarda qəbul edilib. CASSİDİAN markalı bu telefonlar dünyanın tanınmış müdafiə firmalarından olan EADS korporasiyasının istehsalıdır. Bu telefonlardan yalnız hər iki istifadəçidə olduqda onların öz arasında kriptolu danışması mümkündür. Yeni telefonun TETRA rabitəsini dəstəklədiyi də bildirilir. Qeyd edək ki, fevral ayında cəbhə bölgəsində keçirilən müşavirədə Müdafiə Nazirliyinin rəhbərliyinin telefonlarının ermənilər tərəfindən dinlənildiyinə dair məlumatlar yayılmışdı.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























