• $
  • €
  • ₽
  • ₺
  • £

Rövşən Rzayev ingilis səfirlə görüşdü

Rövşən Rzayev ingilis səfirlə görüşdü
27.01.2023 22:30
Yanvarın 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Ouldla görüşüb.
 
Dövlət Komitəsinin sədri Azərbaycana təyinat alması və fəaliyyətə başlaması münasibəti ilə səfiri təbrik edib, ona uğurlar arzulayıb.
 
Səfirə Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində bir milyondan çox  azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, onların problemlərinin həlli istiqamətində həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib. Prezident İlham Əliyevin bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədəki təşəbbüslərinin böyük əhəmiyyət daşıdığı bildirilib. Humanitar fəlakətlə üzləşdiyi dövrdə ölkəmizə beynəlxalq təşkilatların dəstək və yardım göstərməsi minnətdarlıqla qeyd edilib. 
 
Xatırladılıb ki, 2020-ci ildə Ermənistanın işğalına son qoyulmasından, torpaqlarımızın işğaldan azad edilməsindən sonra məcburi köçkünlərin doğma yurda geri qayıdışına  imkan yaranıb. Bu prosesin könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə aparılması üçün zəruri tədbirlər görülür. Müvafiq dövlət proqramı qəbul edilib, bərpa və yenidənqurma işləri həyata keçirilir. Bununla belə, işğaldan azad edilmiş ərazilərdə hələ də mina təhlükəsinin qalması, ağır nəticələrə və insan tələfatına səbəb olması qayıdışın sürətləndirilməsini əngəlləyir. Minaların təmizlənməsinə Böyük Britaniya hökumətinin də dəstək verməsindən məmnunluq ifadə olunub. 
 
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Ould səmimi qəbula görə təşəkkür edib. Fəaliyyəti dövründə birgə əməkdaşlığın genişləndirilməsi, qaçqın və məcburi köçkünlərlə bağlı layihələrin hazırlanıb həyata keçirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol