• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dəmir yolunda yanğın: yüzdən çox soyuducu yandı - YENİLƏNİB

Azərbaycanda dəmir yolunda yanğın: yüzdən çox soyuducu yandı - YENİLƏNİB
03.04.2014 10:33
Bakı-Qazax yolunda, Hacıqabul rayonu və Ələt qəsəbəsi arasında dəmir yolunda yanğın baş verib. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın səhər saat 5 radələrində soyuducularla yüklənmiş vaqonlarda yaranıb. Hadisə yerinə gələn yanğınsöndürənlər saat 9 radələrində alovun qarşısını alıblar. 4 vaqonun, yüzdən çox soyuducunun yandığı bildirilir. Yanmış vaqonlar ərazidən aparılıb. Dəmir yolu xəttində müvəqqəti olaraq qatarların hərəkəti dayandırılıb. Hazırda yolun bərpası aparılır. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov “APA-Economics”ə bildirib ki, hadisə Qaradağ rayonu, Atbulaq-Ələt mənzilində Gürcüstandan Qırğızıstana gedən yük qatarında baş verib: “Hadisənin baş verməsinə güclü külək səbəb olub. Belə ki, külək vaqonların dam örtüyünü atıb. Bu zaman isə elektrik naqilləri ilə kontaktdan yanğın baş verib. Heyət dörd vaqondan ibarətdir və Gürcüstana məxsusdur. Hazırda araşdırma aparılır. Gürcüstan tərəfi hadisə yerinə gəlib vaqonlara baxış keçirəcək. Yanğın söndürülüb, yol açıqdır. Xəsarət alan yoxdur”. ****** Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində, Ələt istiqamətində hərəkətdə olan yük qatarı yanıb.“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, yanğın Gürcüstandan Bakıya soyuducu gətirən yük qatarında baş verib.Yanğın nəticəsində 4 vaqonun yandığı bildirilir. Hələlik yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasedicilər çalışır. Hadisə yerinə təcili yardım həkimləri də göndərilib.N.Əzməmmədov yanğının hansı səbəblərdən baş verdiyinin araşdırıldığını bildirib. Yaxın saatlarda hadisə ilə bağlı ətraflı məlumatın veriləcəyi deyilir.Faktla bağlı araşdırma aparılır.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol