Şəhid Orxan Əsgərovun cənazəsi Bakıya çatdı

Şəhid Orxan Əsgərovun nəşini, yaralıları və Azərbaycanın İrandakı diplomatik korpusunun nümayəndələrini Bakıya gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Şəhid Orxan Əsgərovun cənazəsi fəxri qarovulun müşaiyətilə qarşılanır.
Azərbaycanın İrandakı səfirliyindən təxliyə edilən diplomatları, diplomatik korpusun digar əməkdaşlarını və onların ailə üzvlərini xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılayır
19:51
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını Bakıya gətirməli olan təyyarənin uçuş vaxtı 22:00-a qədər təxirə salınıb.
Trend-in əldə etdiyi məlumata görə, buna səbəb isə İran tərəfi tələbi olub.
Saat: 18.20
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları Bakıya gətirilir.
Trend-in məlumatına görə, şəhid Orxan Əsgərovun cənazəsi də ölkəyə gətirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























