• $
  • €
  • ₽
  • ₺
  • £

Təbriz Baş Konsulluğunun təhlükəsizliyi necə təmin olunacaq? - AÇIQLAMA

Təbriz Baş Konsulluğunun təhlükəsizliyi necə təmin olunacaq? - AÇIQLAMA
30.01.2023 13:28
Azərbaycanın Təbrizdəki Baş Konsulluğu fəaliyyətini davam etdirəcək. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
 

"Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur”, - o bildirib.
 
Deputat Sahib Alıyev bildirir ki, Azərbaycan heç bir dövlətlə, xüsusilə qonşuları ilə körpüləri yandırmaqda maraqlı deyil. Üstəlik söhbət Azərbaycanın on milyonlarla soydaşının yaşadığı ərazidən gedir. Bu  aspektdən Azərbaycanın atdığı bu addım anlaşılandır.
 
"Təbrizdəki Konsulluğunun fəaliyyətini davam etdirməsi, Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının təxliyə olunması İranla diplomatik əlaqələrin tam dayandırılması anlamına gəlmir”, - deputat bildirib.
 
Sahib Alıyev hesab edir ki, Təbrizdəki Konsulluğun fəaliyyətini dayandırmamasının daha bir səbəbi Azərbaycanın Təbrizə olan yanaşmasından irəli gəlir.
 
"Eyni zamanda, Azərbaycanın İranda xeyli sayda vətəndaşı var ki, bu situasiyalarda diplomatik dəstəyə möhtac ola bilərlər”, - deputat qeyd edib.
 
Sahib Alıyevin sözlərinə görə, proseslərin növbəti gedişi isə, Rəsmi Tehranın bundan sonrakı davranışlarına bağlıdır.
 
Siyasi şərhçi Azər Qasımlı hesab edir ki, bu məsələ bir tərəfdən Azərbaycan tərəfinə, digər tərəfdən İrana aiddir.
 
"Azərbaycan konsulluğuna hər hansı basqı olarsa, bu o deməkdir ki, İran dövləti üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir”, - Qasımlı bildirib.  
 
O bildirib ki,  təhlükəsizlik məsələsinin tənzimlənməsi üçün diplomatik missiyanın tərkibindəki rejimi dəyişib daha təhlükəsiz sistemə keçmək lazımdır.
 
"Bu zamana qədər təhlükəsizlik məsələsinin diqqətə alınmaması  ciddi səhvdir. Nəzərə alsaq ki, Azərbaycan səfirliyinə il ərzində fərqli yerlərdə bir neçə dəfə hücüum olunub, bu mövzuda daha diqqətli olmaq lazım idi”, - Azər Qasımlı bildirib.
 
Siyasi məsələlər üzrə ekspert  Tural İsmayılovun sözlərinə görə, istənilən halda, Təbrizdəki Konsulluğun fəaliyyəti davam etməlidir.
 
"Əgər konsulluğa qarşı hər hansı təxribat baş verərsə, bu İran dövlətinin terrorçu mahiyyətini ortaya qoyacaq. Bu səbəbdən, İranın üzərinə ciddi məsuliyyət düşür ki, Azərbaycanın Təbrizdəki Konsulluğunun mühafizəsini ikiqat artırsın”, - İsmayılov bildirib.
 
ekspertin fikrincə belə ciddi situasiyada İran qeyd olunanların əksinə hər hansı addım atarsa, bu, çox ciddi rezonansa səbəb ola bilər.
 
27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
 
İran tərəfi hadisənin ailə-məişət davası səbəbindən baş verdiyini açıqlayıb.
 
Azərbaycan tərəfi hadisədən sonra dövlətin İrandakı səfirliyinin təxliyəsinə qərar verib. Yanvarın 29-da səfirlik əməkdaşlarının təxliyəsi başa çatıb.
 
Avropa Şurası, Türkiyə, İsrail, Britaniya, Fransa, Rusiya kimi dövlətlər baş verən hücumu pisləyib.
 
Azərbaycanın Təbriz Baş Konsulluğunun fəaliyyəti 1992-ci il avqustun 19-dan başlayıb. Həmin gün Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik əlaqələrə əsaslanaraq, iki dövlət arasında Təbriz və Naxçıvan şəhərlərində Baş konsulluqların təsis edilməsi haqqında protokol imzalanıb.
 
Lida Abbaslı

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol