• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Metropoliteni sahibkarlara prokurorluğa müraciət etməyi məsləhət gördü

Bakı Metropoliteni sahibkarlara prokurorluğa müraciət etməyi məsləhət gördü
02.04.2014 21:54
Bu gün Bakı Metropoliteninin binası qarşısında “Nərimanov” metro stansiyasında fəaliyyət göstərmiş ticarət obyektlərinin sahibləri onlara vurulan ziyana görə təzminat tələb etmək məqsədilə qurum rəhbərliyi ilə görüşüblər.Ticarət obyektlərinin sahibləri “APA-Economics”ə bildiriblər ki, işləmədikləri aya görə öncədən ödədikləri vəsaiti geri almaq niyyətində olublar. Bu məqsədlə Bakı Metropoliteninin rəhbərliyinin qəbuluna gəliblər. Qəbulda olan iki ticarət obyektinin sahibi bildirib ki, görüş zamanı qurum rəhbərliyi onlara iddiaları və tələbləri ilə bağlı Baş Prokurorluğa müraciət etməyi tövsiyə edib. Ticarət obyektlərinin sahibləri əlavə ediblər ki, Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədov onların bir ay öncədən ödədikləri vəsaiti geri qaytarmaq üçün Fəqan adlı şəxsə verib. Lakin həmin şəxs bu vəsaiti ticarət obyektlərinin sahiblərinə verməyərək, onları mənimsəyib. Bakı Metropoliteninin mətbuat xidmətindən isə “APA-Economics”ə bildiriblər ki, yeni yaradılan “Bakı Metropoliteni” QSC heç bir sahibkardan pul almayıb. Bu məsələ artıq qurtarıb, əgər sahibkarların şikayəti varsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol