Bəxtiyar Hacıyevin səhhətinin kəskin pisləşdiyi deyilir

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev vəkili vasitəsilə xəbər göndərib ki, aclığı dayandırmamaqda israrlıdır. Bu səbəbdən də ona aclıq aksiyasını dayandırmaq haqda müraciətlərin, xahişlərin göndərilməməsini istəyir. Bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib.
Vəkil yanvarın 30-da Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevlə görüşüb. Müdafiəçi Meydan TV-yə bildirib ki, yanvarın 9-dan başladığı aclıq aksiyası müvəkkilinin səhhətində kəskin problemlər yaradıb. Zibeydə Sadıqova deyir ki, Bəxtiyar Hacıyev həbsdə saxlandığı təxminən ay yarımlıq müddətdə 13 kiloqramdan artıq çəki itirib.
"Mədəsində problemlər yaranıb, qanda şəkərin miqdarı azalıb. Qan təzyiqi çox aşağıdır. Həkimlər də ona fəsadlar barədə xəbərdarlıq ediblər. Amma Bəxtiyar Hacıyev vəkillərinin də xahişlərinə baxmayaraq, aclığı dayandırmaqdan imtina edir”, – vəkil bildirib.
Zibeydə Sadıqovanın sözlərinə görə, müvəkkili özünü təqsirsiz hesab edir və qanunsuz həbsinə bu üsulla etiraz edir: "Bəxtiyar Hacıyev bildirir ki, heç bir cinayət törətmədiyim halda, həyatımın bir hissəsi faktiki oğurlanır, mən də bu yolla etiraz edirəm”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























