Ötən il övladlığa uşaq götürənlərin sayı açıqlanıb

Azərbaycanda 2022-ci il 215 uşaq övladlığa götürülüb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Bildirilib ki, övladlığa götürülənuşaqların 110-u oğlan, 105-i isə qızdır. Onların da 136-sı 3 yaşına qədər olan uşaqlar, 67-si 4-11 yaş arası olan uşaqlar, 12-si isə 12-18 yaş arasında olan uşaqlardır.
Övladlığa götürmə üzrə idarəetməni 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edir. Minimum yaş həddi nikahda olan şəxslər üçün 25, subaylar üçün isə 30 hesab olunur. Ailədə (övladlığa götürüləcək uşaq daxil) adambaşına düşən orta aylıq gəlirin miqdarı ölkədəki yaşayış minimumunun məbləğindən az olmamalıdır.
2022-ci ildən Azərbaycan övladlığagötürmə prosesi elektron qaydada icra olunur.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























