Qarabağ qazisi əlillik altsisteminə niyə daxil edilmir? - Nazirlikdən açıqlama

Birinci Qarabağ müharibəsi iştirakçısı Məmməd Əliyev müddətsiz əlil statusu alsa da, adı Əlillik Altsisteminə daxil edilmir. Bu barədə Məmməd Əliyev anews.az-a şikayətçi qismində müraciət edərək bildirib.
Məmməd Əliyev bildirir ki, o, 1994-cü ildə Füzulidə Horadiz əməliyyatında döyüşlər zamanı yaralanıb. 1996-ci ildə əllilik alıb, 11 il hər il yoxlamalardan keçdikdən sonra 2007-ci ildə müddətsiz əlillik alıb.
Bununla bağlı, vətəndaş həmin göndərişin tərtib edilməsi üçün qeydiyyatda olduğu yer üzrə səhiyyə müəssisəsinə müraciət edir.
Göndərişin aid olduğu şəxsə (əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşa) dair elektron sənəddə həmçinin əks olunan, yəni göndərişi verən səhiyyə müəssisəsinin adını, onu təsdiq edən şəxslərin kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar TSERAS tərəfindən adsızlaşdırılaraq şifrə verilir. Bundan sonra sistem tərəfindən göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə hər hansı TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir.
Göndərişi elektron formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir, habelə onun aid olduğu şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olub-olmamasına dair tibbi göstəriş verilir və əmək zəmanətinə dair məlumatlar müəyyənləşdirilir. Bu məlumatlar gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir.
www.anews.az

Əvvəllər, Qarabağ müharibəsi əlili olduğu üçün övladının təhsil haqqını ödəməyib. İndi isə, adı Əlillik Altsisteminə daxil edilmədiyi üçün universitet ondan təhsil haqqını ödəməyi tələb edir.
"Əlilik alt sisteminə düşmək üçün dəfələrlə müraciət etmişik. 2022-ci ilin noyabrına kimi etdiyimiz müraciətlərə baxmayıblar. Noyabr ayında məhkəməyə müraciət etdikdən sonra həyat yoldaşım Məmməd Əliyevi dekabrda müayinə olunmaq üçün çağırıblar. Sadəcə yoldaşım ağır əməliyyat keçirdiyi üçün dekabrda iki dəfə çağrılan müayinədə iştirak edən bilməmişik. Bizim məsələ uzandıqca uzanır. Qarabağ qazsinə qarşı niyə bu qədər diqqətsizlik edirlər başa düşə bilmirik", - şikayətçinin xanımı bildirib.
Məmməd Əliyev əlilliyi altsistemə daxil edilmədiyi üçün imtiyazlarından- müalicə, müayinə, reabilitasiya kimi xidmətlərdən də istifadə edə bilmir.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini rəsmisi Tural Qurbanov bildirib ki, Əlilik Altsisteminə daxi olmaq üçün müayinə növbəlilik əsasında aparılır. Vətəndaş dekabr ayında iki dəfə dəvət olunmasına baxmayaraq müayinədən imtina edib.
Nazirlik rəsmisi onu da vurğulayıb ki, əgər vətəndaşın məsələsi məhkəmədirsə, bu zaman məhkəmənin qərarını gözləmək lazım olacaq.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklərə əsasən əlilliyin müəyyən edilməsi elektron qaydada aparılır, yəni əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən elektron qaydada real vaxt rejimində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürülür.
Bununla bağlı, vətəndaş həmin göndərişin tərtib edilməsi üçün qeydiyyatda olduğu yer üzrə səhiyyə müəssisəsinə müraciət edir.
Göndərişin aid olduğu şəxsə (əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşa) dair elektron sənəddə həmçinin əks olunan, yəni göndərişi verən səhiyyə müəssisəsinin adını, onu təsdiq edən şəxslərin kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar TSERAS tərəfindən adsızlaşdırılaraq şifrə verilir. Bundan sonra sistem tərəfindən göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə hər hansı TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir.
Göndərişi elektron formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir, habelə onun aid olduğu şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olub-olmamasına dair tibbi göstəriş verilir və əmək zəmanətinə dair məlumatlar müəyyənləşdirilir. Bu məlumatlar gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib