Müəllimlərin maaşındakı problem fevralın 3-dək həll olunacaq - RƏSMİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərinin sertifikasiya prosesindən keçmiş ibtidai sinif müəllimlərinin yanvar ayı üzrə əməkhaqqılarının azalmasına münasibət bildirib.
İdarədən bildirilib ki, müəllimlərin əməkhaqqında heç bir dəyişiklik olmayıb.
"İlin əvvəli üçün elektron sistemdə müvafiq məlumatların emalı prosesi ilə bağlı fevralın 3-dək müəllimlərin əməkhaqqı məbləği tam olaraq ödəniləcək" - deyə İdarədən verilən məlumatda vurğulanıb.
Bakı şəhərində çalışan və sertifikasiyadan keçən ibtidai sinif müəllimlərinin əməkhaqqının əvvəlki aylarla müqayisədə azalması müşahidə olunub. Belə ki, dünən yanvar üzrə maaşlar müəllimlərin hesabına köçürülərkən məlum olub ki, 1 sentyabr 2022-ci il tarixindən hesablanan artımlar kəsilib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib