Qaynar.info Mətbuat Şurasının üzvü oldu

Bu gün, aprelin 2-də Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.İdarə Heyətində Şuraya üzv qəbul olunmaq üçün bir sıra media qurumlarının etdiyi müraciətlər araşdırılıb. İclasda “Qaynar.info” xəbər portalının müraciətinə də baxılıb və portal Mətbuat Şurasına üzv qəbul edilib. Xatırladaq ki, Qaynar.info xəbər portalının təsisçisi "Qaynar-Media" şirkəti, baş redaktoru Şəmşad Ağadır.Portal ölkədə ən uzunömürlü və ilk yaranmış internet resurslarından biridir. Aprelin 25-də Qaynar.info 7 yaşını qeyd edəcək. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























