• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurorluq SMS cinayəti barədə məlumat yaydı

Prokurorluq SMS cinayəti barədə məlumat yaydı
02.04.2014 15:56
Baş Prokurorluq arvadını öldürən kişi barədə məlumat yayıb. Qurumdan ANS PRESS-ə verilən məlumata görə, martın 30-da saat 21 radələrində Gülnarə Teymur qızı Bayramovanın kəsilmiş-deşilmiş yara xəsarətlərilə Gənşə şəhər 3 saylı Təcili Tibbi Yardım Stansiyasına daxil olması və orada aldığı xəsarətlərdən ölməsi barədə Baş Prokurorluğa məlumat daxil olub. Daxil olmuş məlumatla əlaqədar şəhər prokurorluğunun və şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, eləcə də meyitə baxış keçirilib. Ərazidən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisə ilə əlaqədar müvafiq ekspertizalar təyin edilib.1971-ci il təvəllüdlü Natiq Bayramovun martın 30-da saat 19 radələrində yaşadığı Gəncə şəhərindəki evində şəxsi münaqişə zəminində arvadı Gülnarə Bayramovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.N.Bayramova Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.Qeyd edək ki, N.Bayramov həyat yoldaşını mobil telefonuna tanımadığı nömrədən SMS gəldiyini görəndən sonra bıçaqlayaraq öldürüb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol