• $
  • €
  • ₽
  • ₺
  • £

Tibbi sığorta xidmətindən istifadə edə bilmirik - Şərur xəstəxanasından şikayət

Tibbi sığorta xidmətindən istifadə edə bilmirik - Şərur xəstəxanasından şikayət
03.02.2023 10:15
Şərur Rayon Xəstəxanasında pasiyentlərin tibbi sığortadan istifadəsi məhdudlaşdırılıb. Bu barədə "Gündəlik Naxçıvan" səhifəsində məlumat verilib. 
 
"Gündəlik Naxçıvan" məlumat verən sakinlər bildirib ki, yeni qayda ilə gün ərzində sadəcə 3-4 pasitentə tibbi sığorta ilə xidmət göstərilir. 
 
"Xəstələr məcburiyyət qarşısında qalıb pul verib xidmətdən yararlanırlar. Vasif Talıbovun vaxtınd belə olmayıb. Müayinəyə getmişdim. Növbədə gözləyənlər çox idi. Mən 8-ci adam idim. Üç nəfəri buraxdıqdan sonra dedilər ki, artıq sığortanın normasl dolub, gözləməyin. Tanışım vasitəsi ilə həkimin qəbuluna düşdüm. Elə vəziyyət yaradıblar ki, adam 20 manat verəndə utanır. 20-30 manat verməlisən. Naxçıvanda rəhbərlik dəyişməmişdən əvvəl heç olmasa gün ərzində 15-20 nəfər müayinədən keçə bilirdisə, İndi 4 nəfər keçəndə sevinirik. Faktiki görürük ki, tibbi sığorta ilə növbədə dayananları yola salmırlar. Tanışlarını, pul verənləri yola salırlar. Soruşanda da deyirlər ki, onlar əvvəldən növbəyə yazılıblar" - rayon sakini Sahib Dadaşov deyib. 

Eyni problemlə səhifəyə şikayət edən Əliyev Qurban deyir ki, xəstəxanın rəhbərliyinə müraciət etsələr də nəticə almayıblar. 
 
"Səs-küy salanda da deyirlər ki, gəl növbəyə yazaq. Növbəyə yazılanda da, deyirlər növbən iki aydan sonra çatacaq. Xəstə iki ay necə gözləsin? Xəstə məcbur qalıb pul verib müayinəyə girir. Ən azından 20-30 manat həkimə verməlidir. Hər hansı tibbi aparatdan keçməyin, qan analizi verməyin də öz xərci var. Müayinədən çıxana kimi 100 manat pulun gedir. Sonra da yazılan resepti alırsan. Dərmanlar da bahadır. 200-250 manat alan təqaüdçü bunları nə ilə etsin?", - şikayətçi qeyd edib. 
 
Adıçəkilən xəstəxana ilə əlaqə yarada bilmədik. Xəstəxanın mövqeyini işıqlandırmağa hazırıq.
 
Azərbaycanda Tibbi Sığorta 2021-ci ildən tətbiq edilir. Tibbi sığortanın xidmətlər zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Onkoloji xəstəliklər sığortaya cəlb olunmur. 2023-cü lin dövlət büdcəsində onkoloji xəstəliklərin müalicəsi üçün 42 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. 
 
Gülnar 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol