• $
  • €
  • ₽
  • ₺
  • £

Metroda yeni qatar xəttə buraxıldı

Metroda yeni qatar xəttə buraxıldı
03.02.2023 18:00
2022-ci ilin sonlarında Bakı Metropoliteninə gətirilmiş 4 qatardan 3-cüsü "Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə sərnişin konveyerinə qoşulub.
 
Bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
 
Bu, metropoliten xətlərində fəaliyyətə başlayan innovasiyalar baxımından sonuncu nəslə mənsub 22-ci yeni qatardır.
 
Rusiyanın "Metrovaqonmaş” müəssisəsinin istehsal etdiyi 81-765 B/81-766 B modelli qatar 2019-cu ildə bağlanmış müqaviləyə əsasən alınıb. "Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilmiş qatar paytaxtın iqlim şəraitinə hesablanıb. Mikroiqlim nəzarəti, o cümlədən kondisioner sistemi ilə təchiz edilib.
 
Vaqonlar bu gün dünyada mövcud olan ən son texnoloji tələblərə cavab verir. Sərnişin rahatlığı baxımından əlil arabası və irihəcmli yüklər üçün zonalar, enli qapılar, qapı zonasında tavan və oturacaqlar önündə qövsvari tutacaqlar, salondan-salona keçidlər, mobil cihazlara enerji yükləyici yuvalar, elektron informasiya lövhələri, səs-küyü minimuma endirən şüşə və qapıların hermetikliyi, erqonomik və qənaətcil işıqlandırma sistemi, daha müasir antivandal oturacaqlar və s. xüsusi qeyd oluna bilər.
 
Bu, xəttə verilən sonuncu yeni nəsil qatarı olmayacaq. Daha bir sonuncu yeni nəsil qatarı üzərində sınaq və tənzimləmə işlərinə başlanılıb. Yaxın günlərdə həmin qatar da xəttə veriləcək. Onu da əlavə edək ki, bu il "Bakı Metropoliteni” QSC yeni vaqonların alınması məqsədilə işlərini davam etdirir. Hazırda texniki tapşırıqlar üzərində fəal iş aparılır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol