Din xadimlərinin kolbasa reklamı tənqidlərə səbəb olub

Din xadimləri hacı Şahin Həsənli, hacı Surxay Məmmədli, hacı Eldayaq Hüseynov və hacı Natiq İsayevin kolbasa yediklərini əks etdirən fotolar müzakirələrə səbəb olub. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Fotoşəkillərdə din xadimləri "Kral” ət məhsulları şirkətininin məhsullarının reklam etdikləri göstərilib.
Hazırda bir çox sosial şəbəkədə şirkət din xadimlərinin kolbasa yediklərini əks etdirən fotolarını reklam xarakterli paylaşımlar edir.
Yazıda ruhanilərin halallığa və təmizliyə şahidlik etmələri yazılıb.
Sosial şəbəkələrdə çox sayda izləyici tanınmış din xadimlərinin kolbasa və sosis reklamında iştirakını düzgün qəbul etməyiblər.
Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, kolbasa və sosislərin tərkibinə donuz əti və piyi qarışdırılmasa, onu uzun müddət saxlamaq olmaz.
Şirkət isə açıqlamasında bildirib ki, istehsal etdiyi kolbasa və sosislərə donuz piyindən istifadə olunmayıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























