• $
  • €
  • ₽
  • ₺
  • £

Naftalana gələn turistlərin sayı artıb

Naftalana gələn turistlərin sayı artıb
03.02.2023 13:26
2022- ci ildə Naftalanda 40 minə yaxın turist müalicə alıb və istirahət edib. Bu barədə Turizm agentliyindən bildirilib.
 
Məlumata görə, müraciət edənlərin 7 mindən çoxu 42 ölkədən olan xarici turistlərdir.
 
 
Naftalana müraciət paytaxtdan sonra bölgələrə üz tutan xarici turistlərin coğrafiyasına görə ən yüksək göstəricidir.
 
Hotel və Müalicə Mərkəzlərində ilk sıralarda MDB məkanından olan ölkələrin vətəndaşları həmçinin İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə, Amerika Birləşmiş Ştatları, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Almaniyadan gələnlər üstünlük təşkil edib.
 
Naftalanda müalicə alıb istirahət edənlərin sayının artmasına təsir göstərən amillərdən biri də əvvəlki illərdə burada müalicə olunan turistlərin yenidən bu şəfa ocağını seçmələridir.
 
2021-ci ildə Naftalana 15 min nəfərdən çox ölkə vətəndaşı, həmçinin 46 ölkədən 1700 nəfərdən  çox xarici turist gəlib.
 
Naftalanda fəaliyyət göstərən turizm obyektlərində gün ərzində 3 min nəfərədək turist qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Çox yaxın perspektivdə, tikintisi davam etdirilən bir sıra turizm obyektləri istifadəyə verildikdən sonra, Naftalanda gün ərzində 3,5 min nəfərdən artıq turistə otel və müalicə xidmətləri göstərmək mümkün olacağı bildirilib.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol