Yasamalın icra başçısı sakinlərlə görüşüb

Yasamal rayonunda növbəti səyyar görüş keçirilib.
Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaşları dinləyib.
Elşad Həsənov sakinləri qarşılaşdıqları problemlər barədə ətraflı danışmağa çağırıb və ötən il keçirilmiş görüş və qəbullar barədə qısa məlumat verib. Bildirilib ki, 2022-ci il ərzində Yasamal RİH tərəfindən ümumilikdə 38 səyyar qəbul keçirilib və 520 müraciət qeydə alınıb. Bu müraciətlərin böyük əksəriyyəti öz həllini tapıb.
Daha sonra söz alan vətəndaşlar qəzalı evlərin təmiri, qurumuş ağacların budanması, su borularının yenilənməsi zamanı asfalt örtüyünün zədələnməsi, sakinlərin təbii qazla təchizatı, yaşayış binalarının həyətində söhbətgahların quraşdırılması, içməli su təminatı, məşğulluq, uşaqlar üçün həyətlərdə asudə vaxtının təşkili, mənzillərdə istilik sisteminin işi və bir sıra sosial məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildiriblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























