• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov: "Qaçqınları başa düşməyən məmurlar var"

Əli Həsənov: "Qaçqınları başa düşməyən məmurlar var"
02.04.2014 14:45

Dövlət Komitəsinin sədri İlham Əliyevin gördüyü işlərə böyük güclərin qısqanc yanaşdığını deyib

"Hamı biznesmen, gömrükçü ola bilməz. Torpağı işğal altında olan ölkənin vətəndaşının fərari olması biabrçılıqdır”. Bunu bu gün Dövlət Gənc Tamaşaçılar Teatrında Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı keçirilən tədbirdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.

Komitə sədri dəfələrlə gənclərimizin beyinlərinə hərbi vətənpərvərlik ruhunu yeritməli olduğunu dediyini qeyd edib. Onun sözlərinə görə, məktəbi bitirən gənclər biznesmen yox, hərbçi olmalıyam deməlidirlər. "İşğal olunmamış rayonlarda yaşayan gənclər qeyrətlə torpaqları qaytarmağa hazırdırlar. Ancaq torpağı işğalda olan bəzi gənclər vətənpərvərliyə meyilli deyillər. Amma o torpaqlarda doğulanların ürəyi bu ruhla daha çox döyünməlidir. Vətən doğulduğun yerdən başlayır. İşğal altında olan torpaqlarımızın gəncləri hərbi təhsilə daha çox maraqlı olmalıdırlar". 

Ə.Həsənov hələ də qaçqın və məcburi köçkünləri başa düşməyən məmurlar olduğunu deyib. "Başa düşmürlər ki, bir gün onlar da qaçqın, məcburi köçkün həyatı yaşaya bilərlər”.

O, bildirib ki, prezident İlham Əliyevin xalq, dövlət üçün gördüyü böyük işlərə böyük güclər qısqanclıqla yanaşır: “Bizim problemi yaradan, ona səbəb olan bilməlidir ki, bir gün onun da qapısı bu problemlə döyüləcək. Avropa da bilməlidir ki, səkkiz başlı oyun oynamaq olmaz. Hər gün eşidirik ki, Suriyada minlərlə insan ölür. Niyə reaksiya vermirlər? Torpaqlarımız işğal olunanda niyə səslərini qaldırmadılar? Yeganə Türkiyə səsini qaldırdı. Biz də dünyanın gedişatına uyğun işimizi qurmalıyıq”.

ANSPRESS

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol