• $
  • €
  • ₽
  • ₺
  • £

Bir neçə ölkə Rusiyaya pomidor ixracını kəskin azaldıb - Siyahıda Azərbaycan da var

Bir neçə ölkə Rusiyaya pomidor ixracını kəskin azaldıb - Siyahıda Azərbaycan da var
03.02.2023 14:55
2022-ci il  Çin, Türkiyə, Gürcüstan, Serbiya və Şimali Makedoniyadan Rusiya bazarına pomidor tədarükü əvvəlki illə müqayisədə bir neçə dəfə azalıb. Bu barədə Rusiya mətbuatı ölkənin Kənd Təsərrüfatı Bazarı Araşdırmalar Mərkəzinə istinadla yazıb. 

2022-ci ildə Çindən pomidor idxalının həcmi ötən illə müqayisədə 1,4 dəfə azalıb. Türkiyə Rusiya bazarına pomidor ixracını iki dəfədən çox azaldaraq 29,3 min tona çatdırıb. Gürcüstan, Serbiya və Şimali Makedoniyadan pomidor tədarükü əhəmiyyətli dərəcədə azalıb. 2022-ci ildə bu ölkələr Rusiyaya 2021-ci ilə nisbətən üç dəfə az - təxminən 0,9 min ton pomidor gətiriblər.

Azərbaycandan Rusiyaya pomidor tədarükü ilə bağlı ən son statistika 2022-ci ilin cəmi 9 ayını əhatə edir. Bu dövrdə Azərbaycan Rusiya bazarına 109,5 min ton, 2021-ci ilin eyni dövründə isə 114,5 min ton pomidor satıb.

Qırğızıstan və Ermənistandan pomidor idxalının həcmi bir qədər artıb: illik müqayisədə müvafiq olaraq 3,9 min tondan 4,1 minə və 33,4 min tondan 41,2 minə qədər.

Xaricdən gətirilən pomidorun da qiyməti iki dəfə artıb. Ən bahalısı Şimali Makedoniyadan gətirilən pomidorlardır - 2022-ci ildə 1 kiloqramı 1,49 dollar (indiki məzənnə ilə təxminən 105 rubl) bir il əvvəl 1,33 dollara (93,6 rubl) qarşıdır. Türkiyə, Gürcüstan, Azərbaycan və Ermənistandan gətirilən pomidorun qiyməti orta hesabla kiloqramı 0,91-1,19 dollar (64-83,7 rubl) təşkil edir, ötən ildən 5-10 sent bahalaşıb.


Kənd Təsərrüfatı Bazarı Araşdırmaları İnstitutunun məlumatına görə, 2022-ci ildə Rusiyada təxminən 670 min ton pomidor yetişdirilib ki, bu da 2021-ci illə müqayisədə 6% çoxdur.
 
 
Gülnar 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol