Bakıda polis rəisinin qardaşı obyektə basqın edib - KİV

Bakının Nərimanov rayonunda yerləşən ofisə basqın edilib. Bu barədə Qafqazinfo saytı məlumat yayıb.
Bildirilib ki, şəhər sakini Samir Qarayev idmançı dostu ilə birlikdə Əhməd Rəcəbli küçəsində yerləşən ofisə gələrək obyekt sahibi Musa Allahverdiyevi döyüb.
Ağır xəsarət alan Musa Allahverdiyev xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, ofisə basqın edənlər saxlanılıb. Hazırda müvafiq istintaq hərəkətləri aparılır.
"Azadlıq” radiosunun məlumatına görə, saxlanılan Samir Qarayev Nizami RPİ-nin 24-cü Polis Bölməsinin rəisi polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib