• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda gedişhaqqının 20 qəpik artırılması ilə bağlı - Açıqlama

Sumqayıtda gedişhaqqının 20 qəpik artırılması ilə bağlı - Açıqlama
04.02.2023 11:05
Sumqayıtda bəzi marşrut xətlərində süni qiymət artımına yol verilməsi barədə məlumatlar yayılıb.

Sərnişinlərin bildiriyinə görə, gedişhaqqı Tarif Şurasının qərarına uyğun olaraq 10 qəpik deyil, 20 qəpik artırılıb.

Sözügedən artım Sumqayıtdan qəsəbələrə işləyən avtobuslarda müşahidə olunub. Sakinlər qeyd ediblər ki, 3, 9, 12 və 30 nömrəli marşrut avtobuslarından istifadə edən sərnişinlərdən 50 qəpik ödəniş tələb olunub. Halbuki indiyədək gedişhaqqı məbləği 30 qəpik olub.

Problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən marşrutlarda sui-istifadə hallarına yol verilməməsi üçün məlumatlandırma işləri aparılır: "Sumqayıt şəhərinin 3, 9, 12 və 30 nömrəli marşrut avtobuslarında sərnişindaşımada ikili tarif tətbiq olunur. Məsafədən asılı olaraq avtobusda şəhərdaxili qiymət 40 qəpik, şəhərətrafı qiymət isə 50 qəpik səviyyəsində müəyyən edilib. İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə Tarif Şurasının qərarının icrasının təmin edilməsi və tariflərin tətbiqi zamanı sui-istifadə hallarına yol verilməməsi məqsədilə AYNA tərəfindən Sumqayıt şəhərinin sözügedən 4 şəhərətrafı marşrutu üzrə məlumatlandırma işləri aparılır”.
AYNA daşıyıcılara süni qiymət artımına yol verməmələri barədə xəbərdarlıq edildiyini vurğulayıb. (qafqazinfo.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol