Lənkəranda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Lənkəranda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Piyada vurulması hadisəsi bir neçə gün əvvəl baş versə də rayonun Boladi kənd sakini olan 1975-ci il təvəllüdlü Asif Babayev bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Hadisə Boladi kəndi ərazisində qeydə alınıb. Belə ki, Şəhriyar Nəzərov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə həmkəndlisi 1975-ci il təvəllüdlü Asif Babayevi vuraraq ona ağır xəsarət yetirib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının vəziyyəti ağır olduğundan ilkin tibbi yardım göstərilməklə paytaxt xəstəxanalarından birinə göndərilib. Həkimlərin səylərinə baxmayaraq Asif Babayevin həyatını xilas etmək mümkün olmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























