Üç rayonda su olmayacaq

Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.ANS PRESS-in "Azərsu" ASC-nin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yeni çəkilmiş 1000 mm diametrli boru xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 02 aprel 2014-cü il tarixində gün ərzində Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























