Bu qanun reklam verən şirkətlər üçün güzəşt tətbiq etmir - DEPUTAT

Media subyektlərini vergidən azadetmə reklam verən şirkətlər üçün heç bir güzəşt nəzərdə tutmur, Bunu Milli Məclisin İqtisadiyat, siyasət,sənaye və sahibkarlıq komitəsinin 6 fevral tarixli komitə iclasında deputat Vüqar Bayramov deyib.
Gülnar Nazimqızı
www.anews.az
"Azərbaycanda media subyektlərinin reklam gəlirləri kiçikdir. İl ərzində reklam gəlirləri demək olar ki, televiziya və radionun payına düşür. Bu qanun media subyektləri üçün nəzərdə tutulub. Təklif edirəm ki, biznes sahibləri üçün müəyyən güşətlər tətbiq olunsun ki, onlar da media subyektlərinə reklam verməyə maraqlı olsunlar. Qanunda nəzərdə tutulan 3 il müddəti qısa zamandır. Bu rəqəmin 5 il müddətinə çatdırılması məqsədəuyğun olmalıdır”, - deputat bildirib.
Deputat Rüfət Quliyev bildirib ki, bəzi jurnalistlərə etika qaydalarını izah etmək lazımdır.
"Bəzən olur ki, açıqlama alırlar. Sonda istifadə etdiyimiz bir cümləni qıcıqlandırıcı başlıqla manşetə çıxarırlar ki, insanlar da xəbəri oxumadan mənfi rəylər yazırlar", - deputat bildirib.
Rüfət Quliyev təklif edib ki, sahibkarlarla bağlı müsbət yazılar yazılmasına böyük ehtiyac var.
"Təklif edirəm ki, bu istiqamətdə yazılar hazırlasın. Rayonlarda çoxlu sayda öz işini quran sahibkarlar var. Motivasiyalı xəbərlərin çox olması yaxşı hal olar. Amma son zamanlar biz daha çox neqativ xəbərləri oxuyuruq.
Deputat Tahir Mirkişili bildirib ki, ümumiyyətlə dünyada son zamanlar neqativ xəbərlərə üstünlük verilir. Millət vəkili buna misal olaraq BBC, CNN kimi dünya agentliklərini nümunə göstərib.
MEDİA-nın sədri Əhməd İsmayılov təkliflərə cavab olaraq bildirib ki, verilən təkliflər barəsində yenidən müzakirələr aparılacaq.
"Bizim yaxın zamanlarda sahibkarla görüşümüz gözlənilir. Burada təklif olunan təklifləri görüşümüzdə müzakirə edəcəyik. Narahatlıq doğuran məsələləri də media subyektləri ilə görüşümüzdə onların diqqətinə çatdıracayıq", - İsmayılov bildirib.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir. Eyni zamanda media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən azad edilir.
Qanun 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində tətbiq olunacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























