Respublika Psixiatriya Xəstəxanasının vəzifəli şəxsi həbs edilib

Respublika Psixiatriya Xəstəxanasının vəzifəli şəxsi həbs edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin şöbə müdiri Hüseyn Seyidovun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























