Azərbaycandan 100-dən çox xilasetmə mütəxəssisi Türkiyəyə ezam olunub - RƏSMİ

Azərbaycan bazar ertəsi Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə güclü zəlzələ nəticəsində zərər çəkmiş ərazilərə 100-dən çox xilasedici mütəxəssis göndərib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, axtarış-xilasetmə qrupu artıq hadisə bölgələrinə ezam olunub.
Fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ ölkənin 10 vilayətində hiss olunub.
Son məlumatlara görə zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə, yaralıların sayı isə 20 426 nəfərə çatıb. Zəlzələ nəticəsində 5 775 bina dağılıb.
Baş verən hadisə ilə bağlı dünyanın 45 ölkəsindən Türkiyəyə dəstək müraciətləri olub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























