• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ qaziləri xalqı Türkiyəyə dəstək olmağa çağırıb - BƏYANAT - VİDEO

Qarabağ qaziləri xalqı Türkiyəyə dəstək olmağa çağırıb - BƏYANAT - VİDEO
07.02.2023 15:18
Fevralın 7-də İkinci Qarabağ müharibəsinin qaziləri Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında Türkiyədə baş verən güclü zəlzələ nəticəsində yardıma ehtiyacı olan şəxslərə dəstək məqsədilə bəyanat oxuyub.
 
"Azərbaycan xalqından türkiyəli qardaşlarımıza yardım etmələrini xahiş edirik. Bu bizim qardaşlıq borcumuzdur. Onlar bizə 44 günlük müharibədə canla-başla yardımlarını əsirgəmədilər. Hazırda onların yanında olmaq bizim borcumuzdur. Qəbul edilən yardımlar qaimələr əsasında qeydiyyata alınacaq. Hər biri öz ünvanına çatacaq. Sizdən xahiş edirik,  toplanan yardımlar Bakı şəhəri, Babək prospekti 27, "Doğtaş” mebel mağazasına gətirilsin",- bəyanatda vurğulanıb.

Anews.az saytı qazilərin səfirliyin qarşısında oxuduğu bəyanatı təqdim edir: 
 
 
Çərşənbə axşamı, Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.

Diplomatik nümayəndəlikdən  bildirilib ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.

Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.

Yardımlar Bakı şəhəri, Babək prospekti 27, "Doğtaş” mebel mağazasında toplanır.
 
Azərbaycan prezidentinin tapşırığı ilə də ilk humanitar yardım Türkiyəyə yola salınıb. 

Aytac Zeynalova
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol