Bakıda 25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanılıb

Xətai və Qaradağ rayonlarında transfarmator məntəqələrindən 25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, naməlum şəxs məntəqənin qapısını qıraraq oradan gərginlik və cərəyan transfarmatorlarını oğurlayıb. Hadisə nəticəsində dövlət əhəmiyyətli elektrik xətlərinə ciddi ziyan vurulub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Dəyanət Kərimli saxlanılıb. Aparılan araşdırmalar zamanı həmin şəxsin Qaradağ rayonu Lökbatan qəsəbəsində də iki yerdən transfarmator məntəqələrinə qanunsuz daxil olaraq oradan oğurluqlar etdiyi məlum olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























