Rusiya İranda zəlzələdən zərər çəkənlərə humanitar yardım göndərir

Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi yanvarın 28-də baş vermiş zəlzələdən zərər çəkən İrana 35 ton humanitar yardım çatdıracaq. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
"Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi İran İslam Respublikasına humanitar yardım çatdırmaq üçün Jukovski hava limanından havaya qalxıb. Rusiya hökumətinin göstərişi ilə ümumi çəkisi 35 ton olan humanitar yük gətiriləcək. Buraya yanvarın 28-də ölkənin şimal-qərbində baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş vətəndaşların prioritet həyat təminatı üçün lazım olan hər şey daxildir”, - paylaşımda qeyd olunub.
Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, yüklərə şəkər, un, bitki yağı, çadırlar, isti yorğanlar, sobalar və səyyar elektrik stansiyası daxildir.
www.anews.az

İranın Xoy şəhərində zəlzələnin gücü 5,9 bal olub. Təbii fəlakətin episentri 175 min insanın yaşadığı Xoy şəhərindən 23 km cənub-şərqdə yerləşib. Qərbi Azərbaycan əyalətinin qubernatoru Məhəmməd Sadiq Motamediyanın sözlərinə görə, qurbanların sayı 1167 nəfərə çatıb. İran Qızıl Aypara Cəmiyyətinin baş katibi Yakub Süleymaninin sözlərinə görə, qurbanlara 7 minə yaxın çadır, 30 müvəqqəti çadır paylanıb. yaşayış düşərgələri yaradılıb, burada insanlara yorğan, qızdırıcı və yemək dəstləri verilir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib