Azərbaycandan Türkiyəyə göndərilən yardımların həcmi açıqlanıb

Fevralın 6-dan indiyədək Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib.
1-ci təyyarə fevralın 6-da saat 13.25 yola düşüb və Fövqəladə Hallar Nazirliyinin 168 nəfərlik şəxsi heyətini fəlakət zonasına çatdırıb.
2-ci təyyarə fevralın 6-da 17.25-də yola düşüb, FHN-in 233 nəfərlik şəxsi heyətini və xilasetmə avadanlıqlarını aparıb.
3-cü təyyarə fevralın 6-da saat 20.50-də yola düşüb, FHN-in 21 nəfərlik şəxsi heyətini və xilasetmə avadanlıqlarını Türkiyəyə çatdırıb.
4-cü təyyarə fevralın 7-də saat 09.40-da yola düşüb, 41 nəfərlik tibbi heyəti və mobil səhra hospitalına aid 4 konteyneri aparıb.
5-ci təyyarə fevralın 7-də saat 14.00-da yola düşüb, səhra hospitalı üçün 3 konteyner və FHN-in şəxsi heyətinin təminatı üçün yük aparıb.
6-cı təyyarə fevralın 8-də saat 01.00-da yola düşüb, FHN-in 4 nəfər şəxsi heyəti və şəxsi heyətin təminatı üçün ərzaqlar və humanitar yardım aparıb.
7-ci təyyarə fevralın 8-də saat 09.46-da yola düşüb, FHN-in 229 nəfərlik şəxsi heyətni, xilasetmə avadanlıqlarını və FHN-in şəxsi heyəti üçün təminat vasitələrini aparıb.
Fevralın 8-də saat 01.00-da yola düşən 14 yek avtomobilindən ibarət karvan 29 nəfərlik şəxsi heyəti, 4 səhra mətbəxini, humanitar yardımı və FHN-in şəxsi heyətinin təminatını Türkiyəyə çatdıracaqdır.
Ümumilikdə, faciə baş verdiyi dövrdən bu günə kimi FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























