• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda işləmək hüquqi olan əcnəbilər yaşamaq hüququnu birbaşa əldə edir - DEPUTAT

Azərbaycanda işləmək hüquqi olan əcnəbilər yaşamaq hüququnu birbaşa əldə edir - DEPUTAT
09.02.2023 12:18
Azərbaycanda yaşamaq icazəsi alan şəxsə işləmək hüquqi birbaşa verilir, və ya əksinə olaraq işləmək hüquqi alan şəxsə yaşamaq hüquqi verilir. Bunu Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deyib.

"Azərbaycanda müvəqqəti yaşayış icazələrinin əksəriyyəti yaxın qohumluq ilə alınan icazələrdir. Əmlak, bank hesabı ilə bağlı yaşamaq icazəsi alanların sayı isə azdır. Yaşamaq icazəsi ilə bağlı qoyulan tələblərin hamısı müstəqil əsaslardır. Bunlar bir-biri ilə bağlı olan əsaslar deyil.  100 min manatlıq mülk alan şəxs 1 illik müvəqqəti yaşamaq icazə ala bilir. Daimi yaşayış icazəsinə müraciət etməsi üçün isə mütləq 2 il Azərbaycanda yaşamalıdır. Ondan sonra daimi yaşaya bilər. Xarici şirkətlərin fəaliyyəti üçün qoyulan tələb həmin şirkətlərdə işləyəcək şəxslərin 80%-inin azərbaycanlı olmasıdır”, - Milli Məclisin İqtisadi, siyasət,sənaye və sahibarlıq komitəsinin 9 fevral iclasında "Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanuna edilən dəyişiklə bağlı deputatların suallarını cavablayarkən deyib. 

Qanuna edilən yeni dəyişikliklə həmçinin Azərbaycanda fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında ən azı 200.000 manat məbləğində pul vəsaiti qoymuş, yaxud nominal dəyəri azı 200.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olan və ya bu Məcəllənin 52.1.2-ci maddəsində göstərilən hallar da nəzərə alınmaqla, Azərbaycan Respublikasının iqtisadiyyatına yatırdığı investisiya məbləğinin cəmi azı 500.000 manat olan şəxslərdən bu Məcəllənin 53.1.7-ci maddəsində nəzərdə tutulan sənəd tələb olunmur.

Azərbaycanda hazırda qüvvədə olan "Miqrasiya haqqında” qanunun 45-ci maddəsinə görə əcnəbilər Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda, ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda və  azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda yaşamaq hüququna malikdirlər. 

Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol