Yanvarda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

2023-cü ilin yanvarında Azərbaycanda aylıq inflyasiya 1% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Belə ki, bahalaşma daha çox manna yarmasının, düyünün, unun, peçenyenin, qoyun və toyuq ətinin, balıq
konservlərinin, südün, xamanın, pendirin, narın, almanın, heyvanın, naringinin, bananın,
xiyarın, pomidorun, soğanın, kartofun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin,
çayın, kola içkisinin, arağın satışında müşahidə edilib.
Ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, mərcinin,
günəbaxan yağının, portağalın, limonun və kələmin qiymətlərində olub.
Hesabatda qeyd olunur ki, digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Azərbaycan Mərkəzi Bankının proqnozlarına əsasən 2023-cü ildə illik inflyasiyanın 8%-ə qədər azalacağı gözlənilir. Həmçinin Mərkəzi Bank hazırda dünyada geosiyasi vəziyyəti nəzərə alaraq inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliyin olduğunu vurğlayıb.
Azərbaycanda orta illik inflyasiya 2021-ci ildəki 6,7%-ə qarşı 2022-ci ildə 13,9% təşkil edib. Azərbaycan hökuməti inflyasiyanın artımını dünyada idxalın bahalaşması və ərzaq məhsullarının qiymətinin artması ilə əlaqələndirir.
2023-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozu 6,9% təşkil edir.
2023-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozu 6,9% təşkil edir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























