Cari il artan və azalan qeyri-ərzaq məhsullarının adları açıqlanıb

Ərzaq malları bu ilin yanvarında keçən ilin dekabrına nisbətən 1,2%, qeyri ərzaq malları 1,1%, ödənişli xidmətlər 0,5% bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bildirilib.
Belə ki, yanvarda əvvəlki ayla
müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma işıq lampalarının, sintetik
yuyuсu vasitələrin, diş pastalarının, sabunların, şampunların, dərman vasitələrindən
analginin qiymətində müşahidə olunub.
Ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, yağlı boyaların, sementin və yazı
kağızlarının qiymətlərində hiss edilib.
Digər qeyri-ərzaq məhsullarının
qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2022-ci ilin yekunlarına əsasən Azərbaycan hökuməti orta illik inflyasiyanı 12,5% proqnozlaşdırıb.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























