Nazir müavinindən diplom açıqlaması

Təhsil Nazirliyindən xaricdə təhsil alan tələbələrin diplom aldıqdan sonra Azərbaycana qayıtmamaları ilə bağlı açıqlama veriblər. ANS PRESS-in məlumatına görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bu günə qədər dövlət proqramı xətti ilə 3 minə yaxın tələbənin xaricə göndərildiyini deyib. O, qeyd edib ki, yalnız ötən il 787 nəfər azərbaycanlı tələbə dünyanın müxtəlif reytinqlı ali təhsil məktəblərində tələbə olmaq şansını qazanıb.“Ötən ilin yay aylarıının statistikasına əsasən belə tələbələrin sayı təxminən 600-dən çox olub. Onların əksəriyyəti Azərbaycana qayıdır, özəl və ya dövlət şirkətlərində işlə təmin olunurlar. Həmin Dövlət Proqramı ilə əlaqədar olaraq qəbul olunmuş sənədlərdə qeyd olunub ki, belə insanlar Azərbaycana qayıdarkən dövlət qulluğuna üz tutarlarsa onlar üçün xüsusi sadələşdirilmiş qəbul mexanizmləri tədbiq olunur”.Ceyhun Bayramov xaricdə təhsil aldıqdan sonra Azərbaycana gələn bir neçə tələbənin Təhsil Nazirliyində işə qəbul edildiyini də açıqlayıb: “Mən onların ali təhsil aldıqdan sonra orada qalması hallarını istisna edə bilmərəm. Hesab edirəm ki, onların əksəriyyəti Azərbaycana qayıdır”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























