BMT Suriyaya 14 yük maşını humanitar yardım göndərib
BMT Suriyanın şimal-qərbindəki İdlib əyalətinə 14 yük maşını humanitar yardım göndərib. Bu barədə Türkiyənin yerli mətbuatı xəbər verib.
Bir gün əvvəl BMT Suriyanın şimal-qərbinə 6 yük maşını humanitar yardım göndərib.
BMT Təhlükəsizlik Şurasının 2014-cü ildə qəbul etdiyi qətnaməyə əsasən, Suriyanın şimal-qərbindəki bölgələrə humanitar yardım göndərilir.
Qətnamə layihəsində Suriyaya humanitar yardımın Türkiyənin iki sərhəd məntəqəsi, həmçinin İraq və İordaniya sərhəd məntəqələri vasitəsilə göndərilməsi nəzərdə tutulurdu.
Lakin sonrakı illərdə Rusiya və Çinin etirazları ilə humanitar yüklərin keçidinə icazə verilən sərhəd məntəqələrinin sayı məhdudlaşdırılıb.
Hazırda Suriyaya humanitar yardım karvanı yalnız Türkiyə ərazisindəki Cilvegözü və Suriya ərazisindəki Bab əl-Hava keçid məntəqəsindən keçə bilər.
www.anews.az

Fevralın 6-da Türkiyənin cənub Şərqində 7.6 bal gücündə zəlzələ baş verib. Zəlzələ Suriyada da dağıntılara səbəb olub.
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterre Türkiyədə baş verən zəlzələni "Əsrin fəlakti" adlandırıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib