• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Aeroportu yanvarda rekord sayda sərnişinə xidmət göstərib

Bakı Aeroportu yanvarda rekord sayda sərnişinə xidmət göstərib
10.02.2023 19:30
Bu ilin ilk ayında Azərbaycanın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportu 360 min sərnişinə xidmət göstərib ki, bu da əvvəlki illərin yanvar ayı üzrə rekord göstəricidir.

Bu barədə  Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə, 2023-cü ilin əvvəlindən ölkənin bütün beynəlxalq hava limanlarının sərnişin axını 420 min nəfərdən çox təşkil edib.

Qeyd olunan müddət ərzində milli aviadaşıyıcılar AZAL və "Buta Airways” müvafiq olaraq 132 min və 47 min sərnişin daşıyıb. Beynəlxalq uçuşlarda milli aviaşirkətlərinin payı 37 % təşkil edib.

2023-cü ilin yanvar ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 27 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin "Turkish Airlines”, "Aeroflot”, "Utair”, "Azimuth” və "flyDubai” aviaşirkətləri ilə daşınıb.

Yanvar ərzində Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi, Ankara, Mineralnıye Vodı, Ciddə, Şarja və Daşkənd daxil olub. Ümumilikdə bu istiqamətlər üzrə 221 min sərnişinə xidmət göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.

2022-ci ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu "Skytrax World Airport Awards” beynəlxalq agentliyinin versiyasına görə MDB ölkələrində ən yaxşı hava limanı statusunu beşinci dəfə təsdiqləyib. Hava limanları üçün bu mükafat sənayedə keyfiyyət standartıdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol