2023-cü ilin fevralında nə qədər qaz qəbul edilib?- Rəsmi AÇIQLAMA

2023- cü ilin fevralında 42 milyon 721 min kub metr qaz qəbul edilib. Bunu "SOCAR "Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov "Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib.
www.anews.az
Şöbə rəisi bildirib ki, qazın 24 milyon 555 min kub metri Bakı və Abşeron yarımadasının, 18 milyon 166 min kub metri regionların payına düşüb.
2023- cü il fevralın 10-da Bilgəh qəsəbəsində 1500 abonent qazsız qalıb.
Albalılıq yaşayış massivində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 219 mm diametrli orta təzyiqli qaz xətti qırılıb. Bu səbəbdən 1500 nəfərin qaz təminatı dayandırılıb.
Bundan əlavə, havanın kəskin soyuması nəticəsində 10 ünvanda ağac və daş hasarların aşması nəticəsində qaz sayğaclarına və xətlərinə ziyan vurub.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib