Azərbaycanda tədrisin müddəti uzadılacaq

Tədris müddətinin növbəti təhsil ilindən dərs ilinin sonuna günlər əlavə edilməklə uzadılacağı gözlənilir
“Təhsil Nazirliyi tərəfindən tədris müddətinin uzadılması ilə bağlı təklif irəli sürülüb. Müddətin növbəti dərs ilindən uzadılması gözlənilir".
ANS PRESS-in məlumatlına görə bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, bu il tədris müddəti ötən il olduğu kimi planlaşdırılmış vaxtda bitəcək:
Nazir müavini qeyd edib ki, dərs müddətinin uzadılması tədris proqramları ilə bağlıdır və bunu dərs ilinin ortasında etmək düzgün olmaz.
“Bizim apardığımız analizin nəticələri göstərdi ki, Azərbaycanda cəmi 32 tədris həftəsi var. Bu da çox aşağı göstəricidir. Digər ölkələrdə orta dərs müddəti 38, bəzi ölkələrdə isə 40-42-43 həftədir. Bu gün tədris proqramı kifayət qədər ağırdır, zaman inkişaf keçdikcə, illər ötdükcə bu yüngülləşmir. Biz isə tədris müddətini azaltmaqla, dərs yükünü artırırıq. Bu da bir çox halda valideynlərin haqlı narazılığına səbəb olur”.
C.Bayramov tədris müddətinin dərs ilinin sonuna günlərin əlavə edilməsi hesabına artırılacağının ehtimal ediləcəyini deyib.
ANN.Az
























