• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Naxçıvanda gənc əsgərlərin andiçmə mərasimi keçirilib
11.02.2023 22:30
Əlahiddə Ümumqoşun Orduda yanvar ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Mərasimdə şəhidləri və fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həlak olanların xatirəsi yad edildikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Polkovnik Mahmud Əmirov çıxışında gənc əsgərləri təbrik edərək hərbi andın mənasını, and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri xatırladıb.

Əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Gənc əsgər Qalib Zeynalov çıxışında hərbi xidmətə zəfər və mübarizə əzmi ilə gəldiyini bildirib və əsgər yoldaşlarına xidmətlərində uğurlar arzulayıb.

Valideynlər adından çıxış edən Ruslan Zeynalov sırada dayanan hər bir Vətən övladının peşəkar döyüşçü və bacarıqlı əsgər kimi formalaşacaqlarına, üçrəngli bayrağımızın dalğalandığı istənilən ərazidə qürurla, qətiyyətlə xidmət edəcəklərinə inandığını bildirib.

General-mayor Rəhim Cəfərov Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıraraq bildirib ki, andiçmə mərasimi hər bir əsgərin həyatında unudulmaz və yaddaqalan günlərdən biridir.

Hərbi xidmətə yenicə qədəm qoyan gənc əsgərlərə ixtisaslarına uyğun təlim və məşğələlər keçirilir. Hərbi hissədə olan müasir şərait məşğələlərin səmərəli təşkilinə zəmin yaradır. Yanvar ayında ordu sıralarına daxil olan gənclərimiz də peşəsinin incəliklərinə yaxşı bələd olan peşəkar komandirlər tərəfindən keçirilən məşğələlərdə hərbi bilik və vərdişləri həvəslə öyrənəcək, yüksək döyüş hazırlıqlı hərbi qulluqçu kimi formalaşaraq Vətənə, xalqa, dövlət və dövlətçiliyə sonsuz sədaqətlə xidmət edəcəklər.

Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol