• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Mənsimov zəlzələ bölgəsinə 1 milyona yaxın növbəti yardım göndərib

Mübariz Mənsimov zəlzələ bölgəsinə 1 milyona yaxın növbəti yardım göndərib
11.02.2023 18:14
"Palmali Holdinq" in rəhbəri Mübariz Mənsimov Türkiyənin cənub-şərqində zəlzələdən zərərçəkmiş vətəndaşlara 10.000.000 TL(903.000 manat) dəyərində  yardım göndərib.Bu barədə şirkətdən məlumat verilib.


"Türkiyədə baş vermiş zəlzələ hamımızı çox sarsıtdı. Zəlzələdə zərər çəkmiş insanlara yardım göstərmək məqsədi ilə "Palmali Holding” şirkəti olaraq xeyirxah iş ortaqlarımız, dostlarımız, dənizdə və ofisdə olan bütün əməkdaşlarımızla birgə bu böyük fəlakətin qurbanlarına dəstək olmaq üçün əlimizdən gələni etməyə çalışırıq.Şirkət adından növbəti yardım bu gün yola salınıb. Yardım qutularına ən zəruri əşyalar daxildir: böyüklər və uşaqlar üçün isti geyimlər, çadırlar, yorğanlar, yastıqlar, yuxu tulumları, isidicilər, birdəfəlik qablar, quru gida, uşaq bezləri və yeməkləri, təmizlik və gigiyenik məhsullar",- şirkətin açıqlamasında bildirilib.

Bundan əlavə, zəlzələdən ziyan çəkmiş 3 şəhərdə şirkətin göndərdiyi aşbazlar mobil mətbəxlərdə yemək bişirərək insanlara yemək paylayacaq.

Həmçinin, "Palmali Holding”in işçiləri bir aylıq maaşlarını zəlzələdən zərər çəkənlərə yardım işlərinə bağışlayıb.


"Tələbələrimizin təxliyəsini təşkil etmək və vətəndaşlarımızın problemlərini həll etmək məqsədi ilə şirkətin əməkdaşları səfərbər olunub. Dəstəyimizi davam etdirəcəyik. Bu acı hamımızındır. Yaramızı bərabər sağaldacayıq",- qurumun açıqlamasında qeyd olunub.


Bazar ertəsi, fevralın 6-da Türkiyənin cənub-şərqində maqnitudası yeddi baldan çox olan iki zəlzələ baş verib (yerli vaxtla saat 04.17-də - 7.7 bal və 13.24-də - 7.6 bal).

Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı  21 mini keçib.


Prezident Rəcəb Tayyib Ərdoğan təbii fəlakət qurbanları üçün Türkiyədə 7 günlük milli matəm elan edib. Türkiyənin dövlət bayraqları bütün ölkədə yarıya endirilib.

Dağıdıcı zəlzələ qonşu ölkələrdə, o cümlədən Suriya, Livan, KKTC, Yunan Kipr və İraqda da hiss olunub.

BMT-nin baş katibi Türkiyədə baş verən zəlzələni "əsrin fəlakəti" adlanıdırıb.
 
Gülnar Nazimqızı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol