Tərtərdə növbəti suvarma mövsümünə hazırlıq işləri görülür

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Tərtər rayonunda əkin sahələrinin növbəti suvarma mövsümündə su ilə təminatının yaxşılaşdırılması üçün Tərtər Suvarma Sitemləri İdarəsi tərəfindən hazırlıq işləri davam edir.
Su itkisinin qarşısının alınması üçün arxların lildən və kol-kosdan təmizlənməsi, o cümlədən torpaq məcralı kanalların beton üzlüyə alınması da görülən işlərdən biridir. Əkin sahələrinin suvarılmasına 627 km-ə yaxın təsərrüfatlar daxili və təsərrüfatlar arası arxlar xidmət göstərir. Ötən il 397 min kub metr ekskvatorlarla, 116 min kub metr isə buldozerlərlə lildən və kol-kosdan təmizləmə işləri aparılıb.
Suvarma mövsümündə Tərtər çayında su davamlı olmadığına və fasilələrlə verildiyinə görə, əsas güc subartezian quyularının üzərinə düşüb. Ötən il su mənbələrindən 254791 min kub metr su götürülərək 156028 hektar sahəyə 199767 min kub metr su verilib.
"İctimaiyyətlə əlaqələr”sektoru.
Bakı ş. AZ1000, Hökümət Evi, mər. 5
Tel: +994 12 493 33 80, +994 12 377 07 70 (dax 420) | Fax: +994 12 493 51 65
W: https:// www.mst.gov.az /| E-poçt: [email protected]
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























