• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə zəlzələdə zərərçəkmiş 6 ailə Azərbaycana gətirilib

Türkiyədə zəlzələdə zərərçəkmiş 6 ailə Azərbaycana gətirilib
13.02.2023 11:42
Türkiyənin cənub-şərqində baş vermiş zəlzələ ilə əlaqədar 10-u uşaq, 12-si böyük olmaqla 6 ailə fevralın 10-da Bakıda yerləşən Elmi Tədqiqat Pediratiya İnustituna gətirilib. Bunu Səhiyyə Nazirliyinin sektor müdiri Aynura Zenalova jurnalistlərə açıqlamasında deyib. 
 
"Həmin uşaqlardan 6-sı oğlan, 4-ü qızdır. Uşaqların ən kiçiyi 8 günlükdür. Ən böyük uşağın 14 yaşı var. Uşaqlar gəldiyi gündən ailələri ilə birlikdə palatalara yerləşdirilib. Onlar üçün psixoloq və psixatrik dəvət olunaraq müvafiq söhbətlər aparılıb. Uşaqlar arasında 2020-ci ildən olan uşaqda qızdırma əlamətləri olub. Onun üçün lazım olan tədbirlər görülüb. Digər 8 günlük uşağın da qidalanmasında və yeni doğulması ilə bağlı sarılıq problemi olub. Səhhəti kafi qiymətləndirilir. Bu gün bütün müayinələr başa çatdıqdan sonra ailələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq sığınacağına göndəriləcək", - nazirlik rəsmisi bildirib. 
 
Bazar ertəsi, fevralın 6-da Türkiyənin cənub-şərqində maqnitudası yeddi baldan çox olan iki zəlzələ baş verib (yerli vaxtla saat 04.17-də - 7.7 bal və 13.24-də - 7.6 bal).

Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı  29 mini keçib.

Prezident Rəcəb Tayyib Ərdoğan təbii fəlakət qurbanları üçün Türkiyədə 7 günlük milli matəm elan edib. Türkiyənin dövlət bayraqları bütün ölkədə yarıya endirilib.

Dağıdıcı zəlzələ qonşu ölkələrdə, o cümlədən Suriya, Livan, KKTC, Yunan Kipr və İraqda da hiss olunub.

BMT-nin baş katibi Türkiyədə baş verən zəlzələni "əsrin fəlakəti" adlanıdırıb.

Gülnar Nazimqızı 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol