• $
  • €
  • ₽
  • ₺
  • £

Sərnişin avtobuslarında qiymət artımına rəsmi münasibət

Sərnişin avtobuslarında qiymət artımına rəsmi münasibət
01.04.2014 11:35
Son günlər Bakıda sərnişin avtobuslarında özbaşına qiymət artımı müşahidə olunur. Gediş haqqılarında süni qiymət artımı əsasən “Binə” və “Sədərək” ticarət mərkəzlərinə gedən avtobuslarında qeydə alınıb.ANS PRESS-in məlumatına görə, mətbuata bu barədə sərnişinlər məlumat verib. Onlar bildiriblər ki, paytaxtın müxtəlif istiqamətlərindən sözügedən ticarət mərkəzlərinə gedən avtobuslarda gediş haqqı qaldırılaraq 40 qəpik olub. Halbuki gediş haqqı əvvəllər 30 qəpik idi. Yeni qiymətlər 3-4 gündür tətbiq edilir.Sürücülər isə bildiriblər ki, gediş haqqının artırılması ilə bağlı marşrut sahibləri tərəfindən tapşırıq alıblar.Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS PRESS-ə açıqlama verərkən, bu barədə nazirliyə şikayət daxil olmadığını bildirib. Onun sözlərinə görə, bu barədə Nəqliyyat Nazirliyi Tarif Şurasına müraciət etməyib.“Sərnişin avtobuslarında gediş haqqlarının artımı Tarif Şurasının qərarından asılıdır. Hələ Tarif Şurası qiymət artımı ilə bağlı heç bir qərar qəbul etməyib. Nəqliyyat Nazirliyi də, bununla bağlı müraciət etməyib. Əgər kimsə avtobuslarda gediş haqqlarının qiymətini artırırsa, bu qanunsuzdur”, - deyə N.Həsənov vurğulayıb.Nazirlik rəsmisi onu da əlavə edib ki, bu məsələ ilə bağlı ANS PRESS-in məlumatı qeydə alıb və bu məlumat barədə ətraflı araşdırma aparılacaq.“Reydlər keçiriləcək və həqiqətən də belə bir qanunsuzluq olarsa, həmin şəxslər cəzalanacaq”, - deyə Namiq Həsənov əlavə edib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol