Cari ilin yanvarında çağrı mərkəzinə 814 müraciət olub - İcbari Sığorta Agentliyinin rəsmisi

Cari ilin yanvarında İcbari Tibbi Sığorta Agentliyinin çağrı mərkəzinə 814 müraciət olub. Bu barədə agentliyin Çağrı Mərkəzinin rəhbəri Nərminə Ramazanova bu gün keçirilən "Açıq Qapı" günündə jurnalistlərə açıqlamasında deyib.
www.anews.az
"Çağrı Mərkəzi 5 xətt üzrə fəaliyyət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), əlillik məsələləri ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirusla bağlı xətti (1542-4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərirlər",- Ramazanova bildirib.
2022-ci il ərzində "1542” Çağrı mərkəzinə ümumilikdə 216 252 müraciət daxil olub. Çağrı mərkəzinin icbari tibbi sığorta ilə bağlı xəttinə 42 694, əlillik məsələləri ilə bağlı xəttinə 12 489, koronavirusla bağlı xəttinə 6471, operator ilə əlaqə xəttinə isə 154 598 müraciət daxil olub.
İcbari tibbi sığorta agentliyi 2021-ci ilin aprelindən fəaliyyətə başlayıb. Agetliyin xidmətlər zərfinə 2550 sayda xidmət növü daxildir. Hazırda qurum 92 özəl tibb müəssisəsi ilə əməkdaşlıq edir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























