• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaq xəstəxanasının vəzifəli şəxsinə cinayət işi açılıb

Uşaq xəstəxanasının vəzifəli şəxsinə cinayət işi açılıb
14.02.2023 11:23
Şəmkir Rayon Uşaq Xəstəxanasındakı qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib.
 
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, "Şəmkir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin tabeliyində olan Şəmkir Rayon Uşaq Xəstəxanasının vəzifəli şəxsi Arif Hacıyevin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
 
İstintaq zamanı Arif Hacıyevin həmin xəstəxananın Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək daun sindromu olmayan şəxslərə qanunsuz əlillik dərəcələrinin təyin edilməsi üçün rəsmi sənədlərə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Arif Hacıyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol