Azərbaycanda nar istehsalı artıb

2022-ci ildə Azərbaycanda nar istehsalında 2021-ci illə müqayisədə 4.8 dəfə artım qeydə alınıb. Bu barədə Aqrar Kredit və İnkişaf Agentliyi məlumat yayıb.
Məlumata görə, 2022-ci ildə Azərbaycanda 2690.5 ton həcmində nar istehsal olunub.
Bildirilir ki, keçən il Azərbaycandan 3 365 500 dollar dəyərində nar xaricə ixrac olunub.
2021-ci ildə Azərbaycandan 29 milyon 253 min dollar dəyərində 21 min 717 ton nar ixrac olunmuşdu. Beləliklə, nar ixracı dəyər ifadəsilə 7,9%, miqdar ifadəsilə 7,5% artıb.
Bir ton narın orta ixrac qiyməti 2021-ci ildəki 1347 dollardan 2022-ci ildə 1353 dollara yüksəlib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























